Yazını böyüt
Yazını kiçilt
“Mənim karantin qaydalarını pozaraq, yaşayış yerini icazəsiz tərk etməyim barədə məlumatın yayılmasında anlaşılmazlıq olub”.
Bunu APA-ya açıqlamasına Quba rayon sakini Elçin Abramov deyib.
Abramov bildirib ki, bir müddət əvvəl COVİD-19-a yoluxub:
“Mərkəzi Gömrük Hospitalında müalicə kursu keçdikdən sonra verdiyim testin nəticəsi oktyabrın 24-də neqativ çıxıb və xəstəxanadan buraxılmışam. Koronavirus testinin nəticəsi mənfi olduğuna görə hərəkətimdə hər hansı məhdudiyyət qalmadığı üçün haqqımda yayılmış məlumatda yanlışlığa yol verilib”.